"Fənərbaxça"nın məğlubiyyətsizlik seriyası qırıldı

23:09 12 Dekabr 2016

Bu gün Türkiyə Super Liqasında 14-cü tura bir oyunla yekun vurulub.


Sportarena.az xəbər verir ki, turun son oyun günündə "Fənərbaxça" səfərdə "Antalyaspor"un qonağı olub. Super Liqada son 10 matçda məğlub olmayan "Fənərbaxça" klubu görüşün aşkar favoriti sayılsa da, gözlənilənlər özünü doğrultmayıb. Belə ki, matçın 65-ci dəqiqəsində "Antalyaspor"un futbolçusu Yekta Kurtuluş hesabı açaraq, komandasını önə çıxarıb. Bu qol matçın sonuncu qolu olub. Beləliklə, "Fənərbaxça"nın 10 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.


Qeyd edək ki, 14 turdan sonra aktivində 25 xalı olan "Fənərbaxça" turnir cədvəlinin 4-cü , "Antalyaspor" isə 9-cu pilləsində qərarlaşıb. Turnir cədvəlinə aktivində 32 xalı olan "Başakşehir" başçılıq edir. Eyni xala sahib olan "Beşiktaş" ikinci, 29 xal toplayan "Qalatasaray" isə 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti