Finlandiya millisinin baş məşqçisi Xans Bakke istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, buna səbəb komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxış etməsidir.
Artıq komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Belə ki, komandanı Markku KAnerva çalışdıracaq.
Qeyd edək ki, Finlandiya DÇ-2018-in seçmə mərhələsində İ qrupunda 1 xalla 5-ci pillədə qərarlaşıb.