"Kəpəz"in futbolçusu: "Cütün taleyi Gəncədə həll olunacaq"

12:11 13 Dekabr 2016

Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” dünəndən oyunun hazırlığını artıq başa vurub. 


Sportarena.az xəbər verir ki, komandanın futbolçusu Tural Nərimanov oyun öncəsi klubun rəsmi saytına açıqlama verib.


O, açıqlamasında komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: “Aydın məsələdir ki, əvvəlki mərhələdən fərqli “İnter” ilə oyunumuz daha gərgin keçəcək. Oyuna da yaxşı hazırlaşmışıq. Bu mərhələdə cütün taleyini bir yox, iki matç müəyyənləşdirəcək. İlk görüşdə bizə sərf edən nəticəni qazanmağa çalışacağıq ki, evdə daha rahat oynayaq. “İnter” ilə çempionatda həm səfərdə, həm də evdə heç-heçə oynamışıq. Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq. Bu mərhələni də adlamağa çalışacağıq. Əslində ötən mövsüm də kubokda iddialı idik. Amma gözləmədiymiz halda “Xəzər Lənkəran”a səfərdə uduzduq. Məqsədimiz indi daha irəli getməkdir”.


Digər xəbərlər

Xəbər xətti