Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Sportarena.az xəbər verir ki, komandamız finalda Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə Dünya Çempionu titulunu qazanıb. Komandamız bu uğuru Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə əldə edib.
Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Bu döyüşdə Çin taekvondoçuları Dünya Çempionu olub (6:4).