“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı qərarı ilə diqqət çəkib.
Portuqaliyalı mütəxəssis digər ingilis klublarından fərqli olaraq dekabrın 25-də komandasının məşqə çıxacağını açıqlayıb.
Dekabrın 25-də bütün xristianlar Milad bayramını qeyd edir və həmin gün Britaniyada qeyri-iş günü sayılır. Futbolçular Milad bayramında ailələrinin yanında olur.
Mourinyonun bu qərarı futbolçuların narazılığına səbəb olub.