"Çelsi" futbolçusu Con Terri ilə müqaviləni yeniləməyəcək.
Sportarena.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi London klubunda qalacaq. Müqaviləsinin müddəti başa çatdıqdan sonra o, "Çelsi"ni tərk edəcək.
Qeyd edək ki, 1998-ci ildən "Çelsi"nin əsas komandasında oynayır.