Belçikanın paytaxtı Brüsseldə bu şəhərin Avro-2020-nin ev sahibi şəhərlərindən biri kimi loqotipinin təqdimat mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak edib. Brüssel şəhərinin meriya binasında təşkil olunan tədbirə UEFA İcraiyyə Komitəsinin üzvü Michael van Praag da qatılıb.
Xatırladaq ki, sentyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak etmişdi.