Macarıstanlı hakim Viktor Kaşşai ilk dəfə rəsmi matçda videotəkrardan istifadə edən referi kimi futbol tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, təcrübəli referi Yaponiyada keçirilən klublarlararası dünya çempionatı çərçivəsində “Atletiko Nasional” – “Kaşima” görüşündə videotəkrara baxdıqdan sonra birincilərin qapısına penalti təyin edib.