Futbolçu və məşqçi heyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" klubu yenidən yaşıl meydanlara qayıdacaq.
Komanda yanvarın 29-da ölkə çempionatında "İnternasional"la qarşılaşacaq.
Qeyd edək ki, "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.