"Sevilya"nın idman direktoru Ramon Rodriges "Roma" klubunda çalışacaq.
Sportarena.az xəbər verir ki, Monçi ləqəbli mütəxəssis İtaliya klubu ilə razılıq əldə edib. Təcrübəli mütəxəssis gələn ilin yayında vəzifəsinin icrasına başlayacaq. O, hazırda "Roma"da idman direktoru vəzifəsində çalışan 48 yaşlı Valter Sabatinini əvəzləyəcək.
Xatırladaq ki, Monçi ötən yay "Sevilya"dan ayrılmaq istəsə də, İspaniya klubu onu komandada saxlamağı bacarmışdı.