"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının zəif çıxışının qovulmasına gətirib çıxara biləcəyinin fərqindədi. Lakin buna baxmayaraq ispan mütəxəssisin sistemini dəyişmək niyyəti yoxdu.
Sportarena.az xəbər verir ki, mövsümün əvvəlində "şəhərlilər"in sükanı arxasına keçən və hələ də istənilən nəticələri verə bilməyən Qvardiola önəmli açıqlamalar verib. Qeydə alınan uğursuz nəticələrlə bağlı İngiltərə mətbuatına danışan 45 yaşlı çalışdırıcı "işlərin yolunda getmədiyini qəbul etməliyəm. Doğma meydanda oynadığımız son 4 matçda qələbə qazana bilməmişik. Nələrisə düzgün etmədiyimizi qəbul edirəm" deyə fikir bildirib.
Qvardiola komandasının uğursuz çıxışının davam edəcəyi təqdirdə qovula biləcəyini istisna etməyib:
"Toparlanacağımızı düşünürəm. Bunun üçün gücüm var. Əgər uğursuz çıxış davam edərsə, bacarmadığımı etriraf edib, yerimə başqasının gəlməli olduğunu deyərəm. İşlər yolunda getməsə, karyeram ərzində ilk dəfə qovula bilərəm"