"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan zədələnib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 16-cı turunda "Uotford"la qarşılaşmanın 44-cü dəqiqəsində zədələnib. Gündoğanın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Siti" - "Uatford" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.