"Vest Bromviç"in futbolçusu Salomon Rondon İngiltərə Premyer Liqasının 16-cı turunda "Suonsi" ilə matçda (3:1) 13 dəqiqə ərzində tarixi het-trikə imza atıb.
Venesuelalı hücumçu hər üç qolu başla vurub. Britaniya mətbuatı yazır ki, bu, İngiltərə Premyer Liqası tarixində ikinci belə hadisədir. İlk dəfə 1997-ci ildə "Everton"un oyunçusu Dankan Fergüsson "Bolton"la görüşdə başla üç qol vurub.
Qeyd edək ki, S.Rondon İngiltərə Premyer Liqasında bu mövsüm 16 oyunda 7 qol vurub, 2 qolun ötürməsini verib.