21 yaşadək qadınlardan ibarət milli komandamızın üzvü Aysun Əliyeva legioner həyatı yaşadığı 1207 Antalya Döşemealtı Belediyesporun heyətində öz hərəkəti ilə böyük rəğbət qazanıb.
Sportarena.az xəbər verir ki, Aysun zədələnmiş rəqib komandanın oyunçusunu belinə alaraq ehtiyat oyunçular skamyasına qədər daşıyıb.
Qeyd edək ki, Aysun Azərbaycanda keçirilmiş FİFA 2012 U17 Dünya Çempionatında iştirak üçün 2010-cu ildən yığılmış U-15 komandasının ilk üzvlərindəndir. Qeyd edilən komanda iki illik hazırlıq müddətində idman və psixoloji hazırlıqla yanaşı həmçinin təyin edilmiş xüsusi təlimçi tərəfindən etika hazırlığı keçmişdir.
Türkiyədə sosial mediada bu məsələ böyük ajiotaja səbəb olub və insanlar Aysuna fair-play mükafatı verilməsini təklif edib.