Volkan Dəmirəlin qızını oğurlamaq istədilər

22:22 15 Dekabr 2016

"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəlin qızını oğurlamaq planı qurduqları iddia edilən iki şübhəli hakim qarşısına çıxarılıb.

Şəxsiyyəti təsbit edilən şübhəlilərdən Mustafa Gül ittihamları qəbul etmədiyini ifadə edərək: "Digər şübhəli Yalçın zarafatla dilə gətirdiyimiz danışıqları həqiqət sanıb deyilənləri qeyd edib. Bunların həqiqətlə heç bir əlaqəsi yoxdur. Bəraətimi tələb edirəm", - deyib.

Məhkəmədə digər şübhəli Yalçın Çiçək isə: "Mustafa ilə bu mövzunu danışarkən çox ciddi bir şəkildə mənə təklif etdi. Mənsə bu məsələni nə mediada, nə də başqa bir yerdə dedim. Məsələ azyaşlı bir uşaqdan gedincə tüklərim ürpərdi", - deyə bildirib.

Dinləmələrin ardından məhkəmə təxirə salınıb.

Qeyd edək ki, Dəmirəlin şikayətçi olduğu şübhəlilərin cinayət planı ilə əlaqədar onlar haqda 10 ilə qədər həbs cəzası iddiası qaldırılıb.
 


Digər xəbərlər

Xəbər xətti