Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.
Azərbaycanın turnirdəki ikinci təmsilçisi “Azərreyl” də bu gün mübarizəyə qoşulub.
“Dəmiryolçular” Polşanın “Dabrova Qornitsa” klubu ilə qarşılaşıblar. Görüş Famil Ağayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb.
“Azərreyl” (Azərbaycan) - “Dabrova Qornitsa” (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26).