Rusiyanın "Zenit" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, komanda braziliyalı yarımmüdafiəçi Hernani ilə razılığa gəlib. Braziliyanın "Atletiko Paranaens" klubunda çıxış edən 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, futbolçu Braziliya çempionatında "Atletiko Paranaens" forması ilə 24 oyuna çıxıb və 4 qol vurub.