Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.