"Qalatasaray" Moskva "Spartak"ının futbolçusu Salvatore Bokketinin transferindən imtina edib.
Buna səbəb "Cim-Bom"la Rusiya klubu arasında təzminat qiymətində razılıq əldə olunmamağıdır.
"Spartak" müqaviləsi bu mövsümün sonu başa çatacaq 30 yaşlı oyunçu üçün 3.5 milyon avro təzminat istəyib. Bu qiymətlə razılaşmayan "Qalatasaray" S.Bokkettini transfer etmək fikrindən daşınıb.