Baş məşqçi millimizin futbolçusundan narazıdı

01:17 17 Dekabr 2016

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" klubu qış transfer hazırlıqlarına başlayıb.

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, bursalılar qış fasiləsində bir neçə mövqeyə əl gəzdirmək niyyətindədilər.

Baş məşqçi Hamza Hamzaoğlu rəhbərlikdən, xüsusən də, hücum xəttinin gücləndirilməsini tələb edib. Çünki Dəniz Yılmaz başda olmaqla, digər forvardlar Tomaş Neçid, Sinan Bakış, Kubilay Kanatsızkuş və Sərcan Yıldırım komandanın qol yükünü çiyinlərində daşıya bilmirlər.
 
Zədədən qayıtdıqdan sonra oyunlarda müntəzəm olaraq start heyətində meydana çıxan Dənizin cəmi 2 qol vurması "timsah"ı qolçu axtarışına vadar edib. Hamzaoğlu bununla komandada rəqabətin daha da güclənəcəyini düşünür.
 
Qeyd edək ki, Dəniz Yılmaz cari mövsüm "Bursaspor"un heyətində Superliqada 8 oyun keçirib, 2 qolla yanaşı, 1 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti