Fransanın keçmiş prezidenti Nikolya Sarkozi PSJ-nin prezidenti ola bilər.
Sportarena.az xəbər verir ki, klubun sahibi, Qətərin şeyxi Tamim bin Xamad Al-Tani bununla bağlı N.Sarkoziyə müraciət edib. Təyinatla bağlı qərar Fransa çempionatının qış fasiləsində verilə bilər.
Nikolya Sarkozi PSJ-nin çoxdankı azarkeşidir və mütəmadi olaraq klubun keçirdiyi oyunları stadionda izləyir.