Dünən Almaniya Bunddesliqasında keçirilən "Hoffenhaym" - "Borussiya" Dortmund matçında (2:2) ikincilərin futbolçusu Marko Roys qırmız vərəqə ilə cəzalanaraq, meydandan qovulub.
Sportarena.az xəbər verir ki, bu, matçın 41-ci dəqiqəsinə təsadüf edib. Belə ki,matçın baş hakimi Benjamin Brand futbolçuya ikinci sarı vərəqəni göstərərək meydandan kənarlaşdırıb.
Bu vərəqə M.Roysun Bundesliqadakı ilk "qırmızı"sı olub. Belə ki, Bundesliqada 209 matçda iştirak edən futbolçu ilk dəfə qırmızı vərəqə alaraq meydandan qovulub.