"Fənərbağça"da şok qərar: 2 futbolçu heyətdən kənarlaşdırıldı

22:22 17 Dekabr 2016

Türkiyə nəhəngi “Fənərbaxça”nın baş məşqçisi Dik Advokat gözlənilməz qərar qəbul edib. Hollandiyalı çalışdırıcı iki əcnəbi futbolçusunu komandadan uzaqlaşdırıb.

Bunlar nigeriyalı hücumçu Emmanuel Emenike və  Qreqori van der Vildir. Klubun rəsmi saytına adıçəkilən oyunçuların bundan sonra əsas komanda ilə birlikdə məşq etməyəcəkləri bildirilib. Emenike və van der Vil onlar üçün müəyyən ediləcək xüsusi proqramla məşq keçəcəklər. Hər iki oyunçunun qış fasiləsində komandadan göndərilməsi gözlənilir.

Qeyd edək ki, Emenike mövsümlərarası fasilədə icarədən qayıtmışdısa, van der Vil PSJ-dən böyük ümidlərlə Gökhan Gönülün əvəzinə komandaya transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti