Mahir Şükürov: "2-3 oyunçumuzun maaşı elə AZAL-ın büdcəsi qədərdi"

13:56 18 Dekabr 2016

Topaz Premyer Liqasının XIV turunda AZAL-la qarşılaşan “Neftçi” minimalhesablı qələbəyə üzülüb. 


Sportarena.az xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın müdafiəçisi Mahir Şükürov jurnalistlərin suallarını cavablandırıb.
 

- Kənardan necə görünürdü oyun?
- Kənardan baxmaq mənim üçün də çox ağırdı. Ancaq belə baxanda, imkanlarımız oldu, istifadə edə bilmədik. Ancaq komandaya heç cür bəraət qazandırmaq olmaz. AZAL-a uduzmuşuq. Bizim 2-3 oyunçunun maaşı elə onların büdcəsi qədərdi. Ona görə də bugünlü oyunda qalib gəlməyə məcbur idik. Ancaq alınmadı.
 

- Səncə, itkilər olmasaydı, sən və Araz oynasaydınız, nəticə başqa cür ola bilərdimi?
- Əlbəttə olardı. Bəlkə də qalib gələrdik. Ancaq qarşıda kubok oyunu var, ona hazırlaşmalıyıq.
 

- Düşünmək olarmı ki, komanda bütün diqqətini kuboka yönəldib? Çünki çempionatda AZAL-la cəmi bir xal fərqiniz var və iddialar itirilib...
- Bəli. İnşallah “Zirə”ni keçəcəyik və komanda rəhbərliyi ilə məşqçilər heyəti transferlər haqqında fikirləşəcəklər. Əgər komanda güclənsə, Avrokuboklar uğrunda mübarizə apara bilərik.
 

- Səncə komanda tamam başdan dəyişməlidi?
- Məncə, bəli. Yadınızdadırsa, təyyarə qəzasına düşən “Şapokeonse”nin məşqçisi Mançini demişdiki, mən ömrümdə 11-12 transfer görmüşdüm, ancaq 25 oyunçunun transferini ilk dəfə gördüm. Ona demək lazımdı ki, narahat olmasın, belə şeyi bir də “Neftçi”də görəcəklər. Azı 16-17 futbolçu dəyişməlidi.
 

- Fasilə sənin üçün də fürsətdi. İmkandan istifadə edib formanı bərpa etmək üçün çalışacaqsan?
- İnşallah fasilədən sonra tam hazır olacam. İndi də 60-70 faiz hazıram, ancaq onda tam yaxşı vəziyyətdə olacam və əvvəlki Mahir Şükürovu azarkeşlər yenidən görəcəklər.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti