Bu gün klublar arasında dünya çempionatına yekun vurulub.
Sportarena.az xəbər verir ki, final görüşündə "Real" ilə Yaponiya təmsilçisi "Kaşima Antlers" klubu üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Əlavə edilən vaxtda 2 qol vuran Kriştiano Ronaldo Madrid "Real"ını dünya çempionu edib.
Qeyd edək ki, yarışda üçüncü yer uğrunda qarşılaşmada Kolumbiyanın "Atletiko Nasyonal" klubu Meksikanın "Amerika" komandasına qalib gələrək (2:2, penaltilər seriyasında 4:3) bürünc medal qazanıb.