Boksçularımız dünya kubokunun sahibi oldular

16:56 19 Dekabr 2016

Nijnevaratovskda Sibir neftini kəşf edən, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələri arasında boks üzrə dünya kuboku yarışları başa çatıb.


Azərbaycanı yarışda uğurla təmsil etmiş boksçularımız Məsud Yusifzadə (52 kq), Pərviz Bağırov (69 kq) və Teymur Məmmədov (91 kq) bütün rəqiblərindən üstün olaraq dünya kubokuna sahib olublar.


Qeyd edək ki, yarışda 14 ölkədən 130 idmançı iştirak edib.


Qızıl medal sahibləri, həmçinin Beynəlxalq dərəcəli idman ustası adını da qazanıblar.


Digər xəbərlər

Xəbər xətti