Millimizin oyunlarının təqvimi məlum oldu

17:34 19 Dekabr 2016

Gələn ilin yanvar ayında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin təqvimi məlum olub.
 
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək.
 
C qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, 13-də isə Slovakiya ilə üz-üzə gələcək.
 
Turnirin 1/4 final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.
 
Valentin Qranatkin turniri
C qrupu

 
9 yanvar
13:00 Litva - Azərbaycan
15:15 Slovakiya - Qazaxıstan

 
11 yanvar
13:00 Qazaxıstan - Azərbaycan
15:15 Slovakiya - Litva

 
13 yanvar
13:00 Litva - Qazaxıstan
15:15 Azərbaycan - Slovakiya


Digər xəbərlər

Xəbər xətti