"Bavariya" iki futbolçu ilə müqavilə imzalayacaq

21:29 19 Dekabr 2016

"Hoffenhaym"ın yarımmüdafiəçisi Sebastyan Rudi müqavilənin sonunda komandadan gedəcəyini bildirib. 


Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçunun müqaviləsi yayda başa çatacaq. Rudi karyerasını "Bavariya"da davam etdirəcək. Yarımmüdafiəçi Münxen klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. Bundan əlavə "Hoffenhaym"ın müdafiəçisi Niklas Züle də "Bavariya"ya keçəcək. 21 yaşlı futbolçu "Milan" və İngiltərə Premyer Liqasında çıxış edən bir klubun təkifini rədd edib.


Digər xəbərlər

Xəbər xətti