"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin müsahibəsi
- Son 3 mövsmün qalibi olan komandanız qış çempionu oldu...
- Qış fasiləsinə 1-ci yerdə çıxmağımız yaxşı hal olsa da, bu, yekun nəticə deyil. Hələ işin yarısı görülüb və qış çempionuğu mövsümün çempionluğu demək deyil. Əlbəttə, mövsümün ilk yarısını 1-ci yerdə başa vurduğumuza görə sevinirik. Ancaq hansısa çempion hələ olmamışıq.
- "Qarabağ"ın son turda "İnter"lə evdə heç-heçə etməsi nəticəsində "Qəbələ" ilə xal fərqi 1-ə endi. Belə sonluq sizi ruhdan salmadı, üzmədi ki?
- Yox. Qismət belə imiş. Hər şey qaydasındadır və liderliyimiz davam edir.
- Necə düşünürsünüz, "Qarabağ"ın üçün bu dəfə çempinluq mübarizəsi daha gərgindirmirdi? Çünki "Qəbələ” ciddi rəqibdir, "İnter”i də bu mübarizədə hesabdan silmək olmaz...
- Gərginlik artdıqca səviyyə də artacaq. Bu, bizim üçün yaxşı bir nəticədir. Gərginlik daha da artar. "İnter” və "Qəbələ”dən başqa komanadalar da bu mübarizəyə qoşularlar. Nəticədə rəqiblərimiz çoxalar.
- Mövsümün ikinci yarısından, həlledici mərhələsindən nə gözləyirsiniz?
- Maksimum gedə bildiyimiz yerdə olmaq, çempionluq titulunu qorumaqdır. Təbii ki, kubokda da qazanmaq məqsədimizdur.
- Qarşıda kubok oyununuz qalsa da, legionerləriniz artıq vətənlərinə yollanıblar...
- Onlar baş məşqçimiz Qurban Qurbanovun icazəsi ilə gediblər. Hər halda, bu addımı Qurban müəllim daha yaxşı bilir. Məndən soruşsanız deyərəm ki, kubokda yarımfinala çıxmağımız böyük ölçüdə həll olub. Çünki "Sumqayıt"la ilk oyun 6:0 hesablı qələbəmizlə başa çatıb.
- Qış fasailəsində heyətlə bağlı nə dəyişiklər gözlənilir?
- Hər hansı futbolçu ilə bağlı belə bir məsləhətləşməmiz olmayıb.
- Bəzi futbolçularınız, məsələn, millimizin hücumçusu Namiq Ələsgərov, serbiyalı qapıçı Boyan Şaronov az oynayır. Belə futbolçuların icarəyə verilməsi gözlənilir?
- Bəzi futbolçuların icarəyə verilməsi, yaxud yeni oyunçuları götürməklə bağlı hələ danışmamışıq. Kubok oyununu da başa vurandan sonra heyətlə bağlı bir dəyişiklik olmasını müzakirə edəcəyik. Onda mütləq məlumatınız oacaq.
- Qurban Qurbanovun yeni hücumçu lazım olduğunu deyib...
- Ola bilər. Belə bir ehtiyac olsa, buna baxacağıq.
- Cari mövsümdə çox da yaxşı təsir bağışlamayan braziliyalı hücumçu Reynaldo Silva ilə yolların ayrılması mümkündür?
- Reynaldo bizim futbolçudur və mənim üçün digərlərindən fərqi yoxdur. Ola bilər ki, bir az formada düşsün. Bunu Qurban müəllim deyə bilər. Reynaldonun "Qarabağ"la 2018-ci ilədək müqaviləsi var. Ümumiyyətlə, bizdə qış fasiləsində müqavilə bitən futbolçu yoxdur.
- "Qarabağ"la yoldaşlıq görüşü keçirmək üçün Bakıya gələcək "Beşiktaş"ın səfər tarixi ilə bağlı məlumat varmı?
- "Beşiktaş"dan xəbər çıxmadı, gözləyirik. Qış fasiləsində yoldaşlıq görüşü keçirəcəyimiz rəqiblər dəqiqləşəndən bu haqda məlumat verəcəyik.
Mənbə: sportnet.az