Türkiyə nəhəngi “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Superliqanın 15-ci turunda “Osmanlıspor” səfərində zədələnən Sərdar Əzizin vəziyyəti ciddidir. Bu gün tibbi müayinədən keçən müdafiəçinin diz bağlarında kopma aşkarlanıb. Bu səbəbdən futbolçu əməliyyat olunacaq. Bu isə o deməkdir ki, Türkiyə millisinin üzvü üçün mövsüm erkən başa çatıb.
Qeyd edək ki, qarşılaşma 2-2 hesablı bərabərliklə yekunlaşıb.