PSJ klubu baş məşqçi postuna Lui Van Qalı gətirmək istəyir.
Sportarena.az xəbər verir ki, rəhbərlik Unai Emerinin işindən razı deyil və yaxın vaxtlarda onu istefaya göndərəcək.
Klubun idman direktoru Patrik Klyuvert Lui Van Qaalı yaxşı tanıyır və onu komandaya gətirmək fikrindədir. Başqa ehtimallara görə Roberto Mançini də namizədlər sırasındadır.
Xatırladaq ki, hazırda PSJ Fransa çempionatında 18 turdan sonra 36 xalla 3-cü yerdədir.