Ötən həftə "Beşiktaş"ın Bakıya gələcəyi, "Qarabağ"la yoldaşlıq oyunu keçiricəyi ilə bağlı xəbərlər mətbuatın gündəmində idi.
Bu barədə İstanbul klubunun rəsmiləri müxtəlif fikirlər səsləndirmişdilər. Qonşu ölkənin mətbuatı klub rəhbərliyinin Bakıya səfər çərçivəsində "Kartal Yuvası" dükanının da açılışının olacağını yazırdı. Həmin mağazada "Beşiktaş"ın lisenziyalı məhsulları satılır.
Xeyli müddət keçsə də, türklərin Bakıya nə vaxt səfər edəcəyi, "Qarabağ"la danışıqların və yoxlama oyununun keçirilməsiylə bağlı bir yenilik yoxdu. Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl "sportnet.az"a açıqlamasında qeyri-müəyyənliyin davam etdiyini deyib: "Beşiktaş"dan xəbər çıxmadı, gözləyirik. Qış fasiləsində yoldaşlıq görüşü keçirəcəyimiz rəqiblər dəqiqləşəndən bu haqda məlumat verəcəyik".