Azərbaycanlı tələbə Çində gümüş medal qazandı

11:54 21 Dekabr 2016

Çin Xalq Respublikasının paytaxtı Pekində Çin güləşi üzrə “Qəhrəmanların güləşi” yarışı keçirilib.


Sportarena.az xəbər verir ki, turnirdə paytaxt ilə yanaşı, digər şəhərlərdən 15 Çin güləşi klubunun 90-dan çox idmançısı qalib olmaq üçün mübarizə aparıb. Pekin Xarici Dillər Universitetinin tələbəsi Ülvi Cəfərli (60kq) peşəkar idmançıların yarışında gücünü sınayaraq ikinci olmağı bacarıb.

Qeyd edək ki, Ü.Cəfərli peşəkar idmançı deyil, Çin güləşi ilə isə Pekində təhsil almağa başlayandan sonra asudə vaxtlarında həvəskar qaydada məşğul olur. Bununla belə, o, peşəkar güləşçilərin yarışında ikinci yeri tutmağı bacarıb. (AZƏRTAC)


Digər xəbərlər

Xəbər xətti