"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə müqaviləni uzatmaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, Mourinyo öz işiylə Qleyzerlər ailəsi və Ed Vudvordun rəğbətini qazanıb. Onunla uzunmüddətli planlar düşünülür.
Qeyd edək ki, 53 yaşlı mütəxəssisin rəhbərliyi altında "Mançester Yunayted" hazırda İPL-də 6-cı yerdə qərarlaşıb.