David Alaba ən yaxşı futbolçu seçildi

17:32 21 Dekabr 2016

Avstriyada  2016-cı ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
 

David Alaba başa çatmaqda olan ilin ən yaxşısı seçilib.
 

“Bavariya”nın müdafiəçisi  Kristian Fuxs (“Lester”)  və Marsel Sabitzeri  (“Leyptsiq”) qabaqlayıb. Bununla 24 yaşlı futbolçu ardıcıl 6-cı dəfə Avstriyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
 

Qeyd edək ki, 2009-cu ildən Avstriya millisində çıxış edən Alaba yığmada 50 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti