Almaniyanın “Dinamo” (Drezden) komandasının futbolçusu Mark Vaxs silahlı hücuma məruz qalıb.
Sportarena.az xəbər verir ki, 21 yaşlı müdafiəçiyə naməlum şəxs Visbaden şəhərində odlu silahdan atəş açıb.
Nəticədə onunla birgə olan xalası ölüb, mərhumun əri və Vaxsın özü güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənlərin həyatının təhlükədə olmadığı bildirilir. Polis qatilin axtarışı istiqamətində əməliyyata başlayıb.