CAR millisinin baş məşqçisi Efraim Maşaba istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, noyabrın əvvəlində qeyri-müəyyən müddətə işindən uzaqlaşdırılan baş məşqçinin istefası rəsmiləşib. Bunun səbəbi DÇ-2018-in seçmə mərhələsində Seneqalla oyundan (2:1) sonra 56 yaşlı mütəxəsis tərəfindən CAR Futbol Federasiyasına səslənən tənqidlər idi.
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu məhz bu baş məşqçiyə görə CAR millisində oynamaqdan imtina etmişdi.