İsveçrəli məşqçi Murat Yakın ölkəsinin ikinci divizion təmsilçisi "Şaffxauzene"ni çalışdıracaq.
42 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Dekabrın 27-i onun təqdimetmə mərasimi keçiriləcək.
Qeyd edək ki, "Şaffxauzene" 18 turdan sonra 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, M.Yakın son olaraq Rusiyanın "Spartak" klubunu çalışdırıb. O, ötən ilin mayında istefaya göndərilib.