Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb edir.
Sportarena.az xəbər verir ki, komanda "Deportivo"nun futbolçusu Rayan Babeli transfer etməyə hazırlaşır.
Məlumata görə, dekabrın 31-dək İspaniya klubu ilə müqaviləsi olan futbolçu bu ayın 24-ü İstanbula gələcək. "Beşiktaş" tərəfindən imza üçün futbolçuya 1 milyon avro ödəniləcək.
Futbolçu ilə 2,5 illik müqavilə imzalanacağı gözlənilir. Bu transferin reallaşdığını baş məşqçi Şenol Günəş də təsdiqləyib.
Qeyd edək ki, Babel cari mövsüm "Deportivo"nun heyətində 11 oyuna 4 qol vurub.