UEFA-nın "Xəzər Lənkəran" üçün ayırdığı 51 min 104 avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.
Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun yaranan borc öhdəlikləri ilə əlaqədar AFFA-nın UEFA-ya yönəltdiyi sorğuya cavab gəlib. Sorğu əsasında alınan məlumata görə, 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 104.00 avro maliyyə vəsaiti müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməlidir.
Vəsait bu gün AFFA tərəfindən "Xəzər Lənkəran" klubunun hesabına köçürülüb.