"26-cı dəqiqə" adlı sənədli filmin təqdimatı keçirilib

18:03 23 Dekabr 2016

Bu gün Bakı Olimpiya Stadionunda "CBC Sport"un futbol üzrə milli komandamızın İsveçrə üzərindəki tarixi qələbəsi barədə çəkilən "26-cı dəqiqə" adlı sənədli filminin təqdimatı keçirilib. 


Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun Media-Konfrans otağında baş tutan təqdimat mərasimində futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.


Xatırladaq ki, millimiz 1996-cı ilin avqustunda İsveçrəni Bakıda 1:0 hesabıyla məğlub etmişdi. Yeganə qolumuza 26-cı dəqiqədə Vidadi Rzayev imza atıb. Bu il həmin qələbənin 20 illik yubileyidir.


Qeyd edək ki, "26-cı dəqiqə" filminin layihə rəhbəri müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev, müəllifi Vəfa Ağabalayevadır.


Digər xəbərlər

Xəbər xətti