Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) hesabat-seçki konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda quruma prezident seçkisi olub.
Nəticədə Milli Məclisin deputatı Xanlar Fətiyev növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. O, 2012-ci ildən AÜF-ə rəhbərlik edirdi.