Almaniya millisinin 23 yaşlı üzvü PSJ-də!

15:20 24 Dekabr 2016

"Volfsburq"un yarımmüdafiəçisi Yulian Draksler karyerasını PSJ-də davam etdirəcək.


Sportarena.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, hər iki tərəf futbolçunun keçidində razılığa gələ bilib. 23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra Paris klubu ilə 4,5 illik müqavilə imzalayacaq.


Məlumata görə, transferin ümumi məbləği 36 milyon avro təşkil edib. 


Qeyd edək ki, Almaniya millisinin üzvü "Volfsburq" forması ilə çıxdığı 34 matçda 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti