Türk futbolçu "Borussiya"da

18:59 24 Dekabr 2016

"Bayer"in müdafiəçisi Ömər Toprak yayda Dortmund "Borussiya"sına keçəcək. 


Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi artıq razılaşdırılıb. Dortmund klubu onun üçün "Bayer"ə 12 milyon avro ödəyəcək və 4 illik müqavilə imzalayacaq.
 

Xatırladaq ki, yayda "Borussiya"nın sözügedən futbolçu üçün 20 milyonluq təklifinə "Bayer" rədd cavabı vermişdi. 


Digər xəbərlər

Xəbər xətti