Bakıda veloyürüş keçirilib

22:19 24 Dekabr 2016

“ASAN School” könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib.


Sportarena.az xəbər verir ki, yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.


Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. İştirakçılar Azneft dairəsi, Neftçilər prospekti, Dəniz Limanı, Yusif Səfərov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin yanında yürüşə yekun vurublar.


Digər xəbərlər

Xəbər xətti