Fransanın “Lille” klubu sahibini dəyişə bilər.
Sportarena.az xəbər verir ki, “itlər”i biznesmen Jerar Lopes almaq istəyir.
Bu barədə klubdan açıqlama verilib. Lopes əvvəllər Formula 1-də iştirak edən “Lotus” klubunun sahibi olub.
Bildirilib ki, artıq tərəflər arasında ilkin saziş imzalanıb. Danışıqların 2017-ci il yanvarın 20-nə qədər yekunlaşacağı və rəsmi müqavilənin bağlanacağı gözlənilir.