Bakı "İnter"inin məşhur qapıçısı karyerasını bitirdi

11:13 25 Dekabr 2016

Bakı "İnter"inin eks qapıçısı Qeorqi Lomaya karyerasını başa vurduğunu elan edib. 


Sportarena.az xəbər verir ki, təcrübəli qolkiperin "Dinamo Tbilisi" ilə mövümün sonuna kimi müqaviləsi olsa da, Lomaya yayı gözləməmək qərarına gəlib.

"Klub rəhbərliyi ilə danışdım və müqaviləni qarşılıqlı razılıq əssında pozduq. Artıq 37 yaşım var. Karyeramı bitirmək vaxtı yetişmişdi. Qapıçılar daha gec əlcəklərini mismardan asırlar. Amma yeni həyata başlamaq istəyirəm. Yeni həyatım da futbolla bağlı olacaq. Məşqçilik kurslarına gedirəm. Mövsüm başa çatan kimi B kateqoriyalı məşqçi lisenziyası almaq üçün müraciət edəcəm" - Lomaya yerli mətbuata açıqlamasında bildirib.


O, karyerası ərzində "Spartak", "Karpati", "Ximki" klublarının da şərəfini qoruyub. 2009-16-cı illərdə "İnter"in qapısını qoruyub. "Bankirlər"in heyətində çıxdığı 127 oyunda 96 top buraxıb.


Digər xəbərlər

Xəbər xətti