"Leyptsiq" klubunun rəhbərliyi "Red Bull Arena"nın sahibi Mikael Klemellə razılığa gəlib.
Sportarena.az xəbər verir ki, 2010-cu ildən arenanı icarəyə götürən klub idman obyektinin tam sahibi olması üçün 70 milyon avro ödəyəcək. 2018-ci ildə "Leyptsiq" şəhər rəhbərliyinin yardımı ilə stadionun tutumunu 42 500-dən 57 000-ə çatdırmaq istəyir.
Xatırladaq ki, stadion 1956-cı ildə inşa edilib və vaxtilə 100 min tutuma malik idi. Lakin 2006-cı il dünya çempionatına görə arena rekonstruksiya edilmişdi.