Çin klubları son illər transferlərə böyük məbləğdə pullar xərcləməkdə bir-biri ilə yarışa giriblər. Klubların iqtiadi qüdrətinin artması yerli federasiyanı düşünməyə vadar edib.
Qurum Çin Superliqasında legioner limitini sərtləşdirməyi təklif edir. Belə ki, oyunun iştirak ərizəsinə 3-4 asiyalı olmayan futbolçunun salınmaq ehtimalı nəzərdən keçiriləcək. Hazırda çempionatda legioner limiti "4+1" sxemi əsasındadır. Yeni limit "3+1" sxemilə ola bilər. Asiya Çempionlar Liqasında məhz bu sistemdən istifadə edilir.