"Şalke"nin futbolçusu Maks MAyer karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, İngiltərə klubu yarımmüdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır. Lakin onlar müqavilə təklif etmək üçün yayı gözləyəcəklər.
21 yaşlı futbolçunun Almaniya klubu ilə 2018-ci ilədək müqaviləsi var.
Qeyd edək ki, futbolçu cari mövsüm "Şalke" forması ilə bundesliqada 16 oyuna çıxıb və 1 qol vurub.